SON XƏBƏRLƏR
Əməkdar həkimi və arvadını öldürənə ömürlük cəza verildi

Yazının dərc olunma Tarixi: 13/5/2019

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Sabirabad rayon sakini, 51 yaşlı İlqar Xancanovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Əməkdar həkimi və arvadını öldürənə ömürlük cəza verildi
Prosesdə hökm oxunub. Hökmə görə, İlqar Xancanov ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Mərdəkan qəsəbəsindəki bağ evində baş verib. İ.Xancanov bağban işlədiyi bağ evinin sahibi Arzu Şuşalını və həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

İ.Xancanov ev sahibi və həyat yoldaşını bıçaqlayandan sonra mənzildəki pulları götürüb. Əvvəllər oğurluq və quldurluq cinayətlərinə görə məhkumluq həyatı yaşayan İ.Xancanov hadisədən 2 ay əvvəl işdən çıxarılıb. O, bıçaqladığı şəxslərin ikisinin də öldüyünü düşünərək izi itirmək üçün qan içində olan ər və arvadı A.Şuşalıya məxsus “Land Rover” markalı avtomobilə qoyaraq ərazidən uzaqlaşmaq istəyib. Lakin polis əməkdaşları şübhəli maşını müəyyənləşdirərək saxlayıblar. Ağır vəziyyətdə olan yaralı həkimi xəstəxanaya çatdırıblar. Onun həyatını xilas etmək mümkün olub.

Qeyd edək ki, hadisədən sonra əməkdar həkim A.Şuşalı uzun müddət xəstəxanada müalicə alsa da bir neçə ay yaşaya bilib. O, ötən ilin iyun ayında vəfat edib.



Fikrini bildir