SON XƏBƏRLƏR
Borca görə axtarışda olan 7 nəfər saxlanıldı

Yazının dərc olunma Tarixi: 18/5/2019

Daxili işlər orqanları ötən gün törədilən 12 cinayətin üstünü “isti izlər”lə açıb.
Borca görə axtarışda olan 7 nəfər saxlanıldı
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.



Fikrini bildir