SON XƏBƏRLƏR
Jurnalist dəfn biznesini araşdırdı, narkotiklə tutdular

Yazının dərc olunma Tarixi: 9/6/2019

Moskvanın Nikulino rayon məhkəməsi narkotik satışına cəhddə ittiham edilmiş “Meduza” nəşrinin jurnalisti İvan Qolunovu 7 avqusta qədər ev dustaqlığına məhkum edib. Virtualaz.org Rusiya mətbuatna istinadən xəbər verir ki, ev dustaqlığının şərtlərinə görə, jurnalistə evini tərk etmək, rabitə vasitələrindən istifadə, həmçinin cinayət işi üzrə keçən şəxslərlə ünsiyyətdə olmaq qadağandır.
Jurnalist dəfn biznesini araşdırdı, narkotiklə tutdular
Məhkəmə iclasında dövlət ittihamçısı Qolunov barəsində iki ay müddətində həbs qətimkan tədbirinin seçilməsini istəyib. İttiham tərəfi göstərib ki, jurnalistin xarici pasportu var, qeydiyyatda olduğu ünvanda yaşamır və deməli, istintaqdan qaçıb gizlənə bilər. Vəkil isə saxlanma müddətinin pozulduğu üçün işi müstəntiqə qaytarmağı tələb edib, məhkəmə buna etiraz edib. Müdafiə tərəfi Qolunovun ev dustaqlığına məhkum ediməsini xahiş edib.

Məhkəmədə çıxış edən jurnalist təqsirsiz olduğunu deyib və bildirib ki, heç vaxt narkotiklərdən istifadə etməyib və istintaqla əməkdaşlıq etməyə hazırdır. Saxlanılmasını o, apardığı araşdırmalardan biri ilə əlaqələndirib.

Qolunovu məhkəməyə xəstəxanadan gətiriblər. Burada həkimlər bir neçə saat ərzində ona diaqnoz qoyublar. Moskva şəhəri 71 saylı xəstəxananın baş həkimi Aleksandr Myasnikov deyib ki, jurmalistdə ciddi xəsarət aşkar edilməyib.

Jurnalist İvan Qolunov iyunun 6-da Moskvanın mərkəzində saxlanılıb. Polisin verdiyi məlumata görə, saxlanılarkən onun üstündə 4 qrama yaxın narkotik vasitə tapılıb. Sonradan jurnalistin evində aparılan axtarışlar zamanı daha 5 qram kokain aşkarlanıb. Jurnalist təqsirsiz olduğunu deyib.

Qolunovun işlədiyi “Meduza” nəşri bəyanat verərək bildirib ki, jurnalistə üzərində işlədiyi yeni məqaləyə görə hədə-qorxu gəlinib. Qolunov dövlət sifarişləri, dəfn biznesi, “qara kreditorlar” haqqında araşdırma yazıların müəllifi kimi tanınır...



Fikrini bildir