SON XƏBƏRLƏR
Üç rayonda 8 tondan çox çətənə kolu məhv edilib

Yazının dərc olunma Tarixi: 19/6/2019

Qax, Qəbələ və Lerikdə yabanı halda bitən çətənə kolları aşkar edilərək məhv edilib.
Üç rayonda 8 tondan çox çətənə kolu məhv edilib
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Qax Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Cəlayir kəndi ərazisində yabanı halda bitən, çəkisi 215 kiloqramdan artıq olan 1536 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Nic qəsəbəsi ərazisində yabanı halda bitən, çəkisi 2,3 ton olan 5700 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Orand kəndi ərazisində yabanı halda bitən, çəkisi 5,7 ton olan 11790 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.



Fikrini bildir