SON XƏBƏRLƏR
Hacıqabulda “Aska” ləqəbli kriminal avtoritet saxlanıldı

Yazının dərc olunma Tarixi: 5/7/2019

Hacıqabul rayonunda “Aska” ləqəbli kriminal avtoritet saxlanılıb.
Hacıqabulda “Aska” ləqəbli kriminal avtoritet saxlanıldı
“Report”un məlumatına görə, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri çərçivəsində şəhərin Koroğlu küçəsi, ev 18 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü Asəf Adil oğlu Sevdimaliyev saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 305 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 0,626 qram narkotik vasitə olan heroin götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.



Fikrini bildir