SON XƏBƏRLƏR
Bakıda silahlı insident törədən şəxsin məhkəməsi başladı

Yazının dərc olunma Tarixi: 9/7/2019

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan 50 yaşlı Rafət Nərimanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bakıda silahlı insident törədən şəxsin məhkəməsi başladı
Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyulun 23-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il iyunun 8-də Bakının Yasamal rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində yaşayan 1969-cu il təvəllüdlü Rafət Nərimanov aralarında yaranmış şəxsi münaqişə zəminində 1962-ci il təvəllüdlü Nizami Qasımova ov silahı ilə atəş açaraq çiyin nahiyəsindən xəsarət yetirib. Nəticədə N.Qasımov xəstəxanaya yerləşdirilib.

R.Nərimanov könüllü olaraq Yasamal RPİ-nin 28-ci bölməsinə gələrək istintaqa təslim olub və hadisəni törədərkən istifadə etdiyi "BPO-208” markalı tüfəngi təhvil verib.

Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.



Fikrini bildir