Ağstafada qadını qətlə yetirən şəxs saxlanılıb

Yazının dərc olunma Tarixi: 17/5/2021

Ağstafada qadını qətlə yetirən şəxs saxlanılıb
Ağstafada qətl törədən şəxs saxlanılıb.

“Report”un xəbərinə görə, Ağstafa Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat nəticəsində rayonun Köçəsgər kənd sakini Çiçək Əkbərovanı öldürməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tural Məmmədov tutulub.

T.Məmmədovun Ç.Əkbərovanın qohumu olduğu bildirilir.

Məlumata görə, o, qadını öldürdükdən sonra evi qarət edib. T.Məmmədov mənzildən Ç.Əkbərovaya məxsus 1 cüt sırğa aparıb.

Faktla bağlı araşdırma aparılır.



Fikrini bildir