İsmayıllıda axtarışda olan şəxs saxlanılıb

Yazının dərc olunma Tarixi: 19/5/2021

İsmayıllıda axtarışda olan şəxs saxlanılıb
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğa görə axtarışda olan Salyan rayon sakini Valeh Kazımov Bakı şəhəri ərazisində tutularaq istintaqa təqdim olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, V.Kazımov bir müddət öncə tanışı Məhəmməd Əmrəliyev ilə birlikdə İsmayıllının Bizlan kəndi ərazisindəki mağazadan, eləcə də bal məhsullarının satışı ilə məşğul olan şəxsin həyətyanı sahəsindən bal oğurlamaqda şübhəli bilindiyi üçün barəsində axtarış elan edilib.

M.Əmrəliyev isə polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə gün öncə saxlanılıb.



Fikrini bildir