SON XƏBƏRLƏR
Saakaşvilinin Gürcüstana hansı yolla gəldiyi məlum olub

Yazının dərc olunma Tarixi: 20/10/2021

Saakaşvilinin Gürcüstana hansı yolla gəldiyi məlum olub
Saakaşvilinin Gürcüstana necə gəlməsi məlum olub... Belə ki, Gürcüstanın Baş Prokurorluğu keçmiş prezident Mixeil Saakaşviliyə dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı ittiham irəli sürüb. Gürcüstan KİV-ləri yazır ki, ittihamda siyasətçinin ölkəyə daxil olma marşrutu göstərilib. İstintaq çərçivəsində müəyyən olunub ki, sentyabrın 28-də saat təxminən 23:00-da Poti limanına Ukraynanın Çernomorsk limanından “Vilnüs” adlı gəmi daxil olub. Sentyabrın 29-da saat 01:04-də gəmidən “IKA TRANS Ltd.” şirkətinə məxsus süd məhsulları ilə yüklənmiş qoşqulu SCANIA yük maşını çıxıb. Avtomobil əvvəlcə körpüdə dayanıb, qeydiyyatdan öncə gözləmə zonasında olub və buradan 01:44-də çıxışa yollanıb. Bir neçə on metr hərəkət edəndən sonra saat 01:47-də Poti limanı ərazisində yük maşını saxlanılıb və sürücü maşının arxa qapısına istiqamətlənib, oradan saat 01:49-da Mixeil Saakaşvili yük maşınının kabinəsinə sağ tərəfdən daxil olub. Bununla M.Saakaşvili dövlət nəzarətindən yan keçməklə qanunsuz olaraq sürücünün köməyi ilə dövlət sərhədini keçib. Qeyd olunan tarixdə saat 02:00-da M.Saakaşvili onu qarşılayan “Mercedes” markalı avtomobilə minib və öncə Abaşa rayonunun Tkviri kəndinə, daha sonra isə mikroavtobusla Lançxuti-Poti-Ozurgeti-Kobuleti yolu ilə Batumiyə yola düşüb.
Bütün hallarda, Gürcüstanın hüquq mühafizə orqanları onun ölkəyə belə məxfi şəkildə gəlməsinə məəttəl qalıblar... Bu cəsarət nümunəsidir, yoxsa...
A.Məmmədli



Fikrini bildir