SON XƏBƏRLƏR
Prokurorluq Tovuzda baş verən qətllə bağlı məlumat yayıb

Yazının dərc olunma Tarixi: 9/12/2021

Prokurorluq Tovuzda baş verən qətllə bağlı məlumat yayıb
Dekabrın 8-i saat 13 radələrində Tovuz rayonu, İbrahimhacılı kəndi ərazisində kənd sakinləri –Ənvər Alırzayevin öldürülməsi, qardaşı Fərman Alırzayevə isə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Tovuz rayon Prokurorluğundan "Təzadlar"a verilən məlumata görə, aparılmış araşdırmalarla 1981-ci il təvəllüdlü Maksim Əhmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmkəndlisi 1964-cü il təvəllüdlü Ənvər Alırzayevə xəsarət yetirərək qəsdən öldürməsinə, sonuncunun qardaşı,1960-cı il təvəllüdlü Fərman Alırzayevə isə xəsarət yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Maksim Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



Fikrini bildir