SON XƏBƏRLƏR
Pərvin Səfərovdan daha bir möhtəşəm performans: “Bahar sənsiz” – Video

“O səs Türkiyə” yarışmasına qatılan Pərvin Səfərov möhtəşəm “Nazəndə sevgilim” ifasının ardınca daha bir gözəl performans göstərib.
Pərvin Səfərovdan daha bir möhtəşəm performans: “Bahar sənsiz” – Video
Belə ki, ifaçı korifey sənətkar Rəşid Behbudovun repertuarından olan “Bahar sənsiz” mahnısını “a capella” ifa edib. Pərvin Səfərovun bu ifası da jüri üzvləri tərəfindən heyranlıqla qarşılanıb. Göhkan bildirib: “Bəzən uzaqlardan çox gözəl ifaçılar gəlir və onların ifaları qeyri-adidir. Onun ifası insanı ağladır”.

Hadisə xəyallarının ardınca gəlib, yarışmaya qatıldığı üçün ona təşəkkür edib. Murat Boz isə ifaçıya uğurlar diləyib.

Qeyd edək ki, Pərvin Səfərov yarışmaya Murat Bozun komandasında davam etməyi seçib.



Fikrini bildir