SON XƏBƏRLƏR
Natavan GİZLİNLƏRİNİ AÇDI: “Sonuncu dəfə onu...” - VİDEO

Yazının dərc olunma Tarixi: 10/3/2018

"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan müğənni Natavan Həbibi maraqlı açıqlamalar verib.
Natavan GİZLİNLƏRİNİ AÇDI: “Sonuncu dəfə onu...” - VİDEO
Moderator.az xəbər verir ki, Natavan Həbibi fanatları ilə görüşüb: “Sanki uşaqlarla gəzməyə, əylənməyə çıxmışıq. Fanatlarımla görüşəndə rahat oluram. Bilirəm ki, üzərimdəki yük bir az azalır. Belə görüşlər üçün söz verirəm, alınmır, əziyyət çəkirəm. Bu görüşə Səidə Sultan gəldi. Oxusaydı, daha gözəl olardı, sevinərdim. Anar Ağakişiyev də burdaydı. Mən bu cür şeyləri sevirəm. Dostlarımın dostluqlarını, səmimiyyəti hiss etdirməsini sevirəm. İnsanlar bunu bir-birilərinə hiss etdirməlidirlər”.

Oksana Rəsulovanın doğum günündə bir arada görüntülənən Natavanla Elnurun barışdığı söylənsə də, bu yaxınlarda yenə küsülü olduqları ilə bağlı söz-söhbətlər yayılıb: “Mən heç Elnuru görürəm ki, ondan küsüm və ya barışım. Sonuncu dəfə onu Oksananın doğum günündə görmüşəm. İnsanlar heç nəyi bilmədiklərinə görə bizim küsüb barışdığımızı düşünürlər. Salam, sağolumuz var. Biz düşmən deyilik. Elnurla əvvəlki sıx münasibətim yoxdur. Bunun isə heç kimə aiddiyyatı yoxdur. Bu, sırf üç-dörd nəfərin arasında olan söhbətdir”.

Uğursuz evlilikdən sonra müğənninin bu məsələ ilə bağlı reaksiyası da sərt olub: “Bu haqda danışmağa bir şey yoxdur. Mən bir dəfə demişəmsə, yenilik yoxdursa, mən bunu təkrar-təkrar necə deyim. Lazım deyil. Nə vaxtsa, nəsə olsa, biləcəksiz. Ümumiyyətlə, çalışıram ki, həyatda heç nəyin peşmançılığını çəkməyim. Hər şeyə şükür edib, həyata davam edirəm. Həyatda ancaq gözəl şeylər yaşamırıq. Yaxşı da olur, pis də. Biz onlardan imtina edib unuda bilmərik”.

Natavan yeni imici ilə bir sıra layihələr hazırlamaq niyyətində olduğunu etirarf edib: “Bu saç düzümü xoşuma gəlir. Həmişə alnım açıq gəzmişəm. Saçım alnıma tökülməyib. İndi alnım bağlanır. Özümü narahat hiss edirəm. Bizim bu saçla layihələrimiz var. İşbirliyi qurduğum insanlar saçımı kəsməyimi istəmirlər”.




Fikrini bildir
TƏQVİM
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30