SON XƏBƏRLƏR
İlham Əliyevin nəvəsi musiqi festivalında çıxış edəcək

Yazının dərc olunma Tarixi: 16/1/2019

İlham Əliyevin nəvəsi musiqi festivalında çıxış edəcək
Azərbaycan Prezidentinin 10 yaşlı nəvəsi Əli Ağalarov fevralın 16-da Bakıda keçiriləcək II “Zima” uşaq estrada mahnıları festivalında çıxış edəcək.
Virtualaz.org bildirir ki, bu barədə festivalın rəsmi Instagram səhifəsi məlumat yayıb.
Əli Azərbaycan Prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və xalq artisti Emin Ağalarovun oğludur.
Festival təşkilatçılarının sözlərinə görə, o, Oxbridge Academy-də oxuyur və videooyunlarla maraqlanır. Xəbərdə deyilir ki, özünü musiqiyə həsr etmək arzusunu Əlidə Rusiya ifaçısı Eldjeyin yaradıcılığı oyadıb.
Festivalın finalı fevralın 6-da Heydər Əliyev Sarayında olacaq.



Fikrini bildir
TƏQVİM
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28