SON XƏBƏRLƏR
Türk iş adamının Yəmən və Qarabağ dərdi Seyid Talehin səsi ilə – VİDEO

Yazının dərc olunma Tarixi: 2/5/2019

Məşhur Əhli-beyt (ə) məddahı Seyid Taleh Boradigahi tanınmış türk iş adamı Hasan Babur ilə birgə klip çəkdirib

Əhli-beyt (ə) məddahı, "Azərbaycan qrupu"nun rəhbəri Seyid Taleh Boradigahi Almaniyada yaşayan, ürəyi Azərbaycanla döyünən ünlü türk iş adamı, Berlində fəaliyyət göstərən "Baha Food" firmasının sahibi Hasan Baburun sözlərinə Türkiyənin tanınmış sənətçisi Sıddık Doğanın musiqi bəstələdiyi "Bak Yemende çocuklara" adlı mahnısına klip çəkdirib.
Türk iş adamının Yəmən və Qarabağ dərdi Seyid Talehin səsi ilə – VİDEO
S.Taleh Boradigahinin öz "youtube" səhifəsində paylaşdığı bu klip tez bir zamanda çoxsaylı izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Əli Abbasovun rejissorluğu ilə ərsəyə gələn klipin əsas qayəsi ondan ibarətdir ki, dünya tarixində baş vermiş heç bir müharibəni uşaqlar başlamasa da, həmişə müharibədə ilk növbədə günahsız uşaqlar, qocalar, qadınlar qətlə yetirilir, tələf olur. Çox təəssüf ki, böyüklərin günahları, mənasız qarşıdurma və münaqişələri ucbatından uşaqların hələ də ağlasığmaz dəhşətlərin şahidi olması, işgəncələrə məruz qalması və həyatlarını itirməsi davam etməkdədir. Halbuki uşaqlar müharibə təlaşı, qorxusu, acımasızlığı, qəddarlığı ilə deyil, sevgi ilə böyüməlidir.

S.Taleh Boradigahinin uğurlu ifası ilə təqdim edilən "Bak Yemende çocuklara" mahnısı uzun illərdən bəri vətəndaş müharibəsindən əziyyət çəkən yəmənli uşaqlara həsr olunsa da, ümumilikdə, dünya əhalisinin böyük hissəsinin müharibələr, aclıq, yoxsulluq, zülm, işgəncə, haqsızlıq, qəddar münasibətlərə görə əziyyət çəkdiyi, öldüyü bəyan edilir. Ancaq bütün bunlara rəğmən, klipin sonunda bir daha o qənaətə gəlinir ki, müharibələdən ən çox əziyyət çəkən elə məhz uşaqlardır.

Klipdə, eyni zamanda, Qarabağ müharibəsinin xatırlanması, işğal olunmuş rayon, şəhər və qəsəbələrimizin bir daha yada salınması, hafizələrdə canlandırılması, gündəmə gətirilməsi təbii ki, müəlliflərin Azərbaycanımıza olan əbədi və tükənməz vətən sevgisindən irəli gəlir.

Klipdə qırmızı xətlə keçən müharibəyə "YOX!" çağırışı müəlliflərin məqsədlərinin əsas hədəfi kimi diqqət çəkir və bu, yüksək dəyərləndirilməlidir.

Bir daha xatırladaq ki, Əhli-beyt (ə) məddahı Seyid Taleh Boradigahinin ifa etdiyi "Bak Yemende çocuklara" mahnısının sözləri Hasan Babura, musiqisi Sıddık Doğana, klipin aranjimanı və mix-masteri Teymur Şahmarova məxsusdur.

Həmin klipi təqdim edirik.

(tezadlar.az)




Fikrini bildir