SON XƏBƏRLƏR
Xalq artisti İlham Namiq Kamalın 70 illik yubileyi qeyd olunacaq

Yazının dərc olunma Tarixi: 1/6/2019

Xalq artisti İlham Namiq Kamalın 70 illik yubileyi qeyd olunacaq
İyunun 12-də Akademik Musiqili Teatrın (AMT) səhnəsində Xalq artisti, “Şöhrət” ordenli, professor İlham Namiq Kamalın 70 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçiriləcək. AMT-nin mətbuat xidmətindən bildirilib ki, yubiley tədbirinin ssenari müəllifi Qasım Səfəroğlu, quruluşçu rejissoru Cavid İmamverdiyev, rəqslərin quruluşu Əməkdar artistlər Zakir və Leyla Ağayevalara məxsusdur.
Yubiley axşamı benefis formasında həll olunub. Benefis axşamında aktyorun səsləndirdiyi mahnılar, monoloqlar, videobloklar nümayiş olunacaq. Tədbirdə həmçinin Akademik Musiqili, Akademik Dövlət Dram, Akademik Opera və Balet, Abdulla Şaiq adına Kukla teatrlarının, həmçinin sənətkarın kafedra müdiri olduğu Mədəniyyət və İncəsənət Universitetində yetişdirdiyi, hazırda teatrda çalışan aktyorların, sənət dostu, Xalq rəssamı Arif Hüseynovun, Xalq artisti Azər Zeynalovun, Əməkdar artistlər Gülüstan Əliyevanın, Əkbər Əlizadənin, sənətkarın qardaşı, Xalq artisti Cəfər Namiq Kamalın və digərlərin təbrik və çıxışları səslənəcək. Benefis axşamında aktyorun iştirak etdiyi tamaşalardan, filmlərdən parçalar nümayiş olunacaq. Gecədə 70 yaşlı sənətkar tədbirin əvvəlindən sonunadək həm yubilyar, həm aparıcı, həm də iştirakçı kimi səhnədə olacaq.



Fikrini bildir