SON XƏBƏRLƏR
Mədəniyyət naziri bəstəkarları tənqid etdi: "Əgər belə getsə..."

Yazının dərc olunma Tarixi: 30/10/2019

Əbülfəs Qarayev: “Belə getsə filmlərimizdə, seriallarda texniki musiqidən başqa bir musiqi görməyəcəyik”

“Son illər filmlərimizdə qorxunc, heç bir ümid verməyən fon musiqiləri səslənir, niyə bəstəkarlarımız bununla məşğul olmurlar?”

Mədəniyyət naziri bəstəkarları tənqid etdi: "Əgər belə getsə..." Bunu Azərbaycan Bəstəkarlar İttifaqının X qurultayında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bəstəkarlara səslənərək bu problemin aradan qaldırılmasında iştirak etməyə çağırıb: “Düzdür, biznes mühiti tamam başqa məsələlər diqtə edir, ancaq biz dövlət olaraq yaradıcı ittifaqlara dəstək veririk. Azərbaycan bəstəkarları bununla niyə məşğul olmurlar? Əgər belə getsə, filmlərimizdə, seriallarda texniki musiqidən başqa bir musiqi görməyəcəyik. Ona görə mən bəstəkarlarımızı bu məsələlərdə həssas olmağa çağırıram. Gəlin, bu barədə məsələ qaldıraq, bu kimi problemlər həll olunsun”.



Fikrini bildir