ARB-nin Zümrüd Bədəlova adlı aparıcısı özünü belə rüsvay etdi...

Yazının dərc olunma Tarixi: 5/5/2022

ARB-nin bu gün canlı yayımlanan “Xəbər-ətər” proqramında əsl rəzalət yaşanıb.
ARB-nin Zümrüd Bədəlova adlı aparıcısı özünü belə rüsvay etdi...
Məlumata görə, milli istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyi çərçivəsində təşkil olunan proqrama onun nəvəsi Anar Axundzadə qatılıb.

Zümrüd Bədəlova adlı aparıcı isə görünür, qarşısındakı qonağını efirinə çağırdığı ənənəvi adamlardan biri hesab etdiyindən özünü gülüş hədəfinə gətirəcəyini düşünməyib.

Belə ki, aparıcının Anar Axundzadəyə “Babanızı görmüsünüzmü” sualı elə müsahibin özünü təəccübləndirib.

Bir anlıq jurnalistə nəzər salan Anar Axundzadə də təəccübünü gizlətməyərək, “babam 37-ci ildə güllələnib” deyə cabab verib.

Aparıcının növbəti açıqlaması isə əsl rəzalət olub.

Tamaşaçılara üz tutan Zümrüd Bədəlova “Bir azdan sizə Əhməd Cavad kefi yaşadacağıq” deyib.

ARB-də baş verən bu olay sosial şəbəkələrdə də müzakirə mövzusu olub.

Tanınmış jurnalist Rövşən Hacıbəyli bu olayın ölkə televiziyalarının real mənzərəsinin ifadəsi olduğunu deyib: “ Bu aparıcı hələ bilmir ki, Əhməd Cavad güllələnəndə Anarın atasının 2 yaşı olub”.



Fikrini bildir