SON XƏBƏRLƏR
“Bağlanmışıq. Araşdırma aparılır. Əlavə məlumat veriləcək”

Yazının dərc olunma Tarixi: 3/8/2018

"Müəyyən problemlər yarandığına görə "APA Holding"ə daxil olan saytların fəaliyyəti şirkətin özü tərəfindən dayandırılıb. Araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək", - “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı bu cür açıqlama ilə çıxış edib.
 “Bağlanmışıq. Araşdırma aparılır. Əlavə məlumat veriləcək”
Virtualaz.org xəbər verir ki, açıqlamanı o, özünün “Facebook” səhifəsinə yerləşdirib.

Virtualaz.org xatırladır ki, media-holdinqə daxil olan bütün saytların və nəşrlərin fəaliyyəti dayandırılıb.

Bir neçə gün öncə virtualaz.org Prezident Administrasiyasının bəyanatını dərc etmişdi. Həmin bəyanatda bildirilirdi ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ müharibəsi, Böyük Dünya müharibəsi, həmçinin Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin açarlarının təqdim edilməsi mərasimində Azərbaycan prezidenti İlham Əliyevin çıxışından sitat təhrif edilmişdi. Bundan dərhal sonra saytın və bütün media-holdinqin fəaliyyəti dayandırılıb.



Fikrini bildir