SON XƏBƏRLƏR
DTX İMİŞLİ İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYATA BAŞLADI - VİLYAM HACIYEV SAXLANILDI - TƏCİLİ

Yazının dərc olunma Tarixi: 5/5/2020

DTX İMİŞLİ İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYATA BAŞLADI - VİLYAM HACIYEV SAXLANILDI - TƏCİLİ
"Təzadlar"a bu dəqiqələrdə daxil olan məlumatda bildirilir ki, Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatçıları İmişli rayon İcra Hakimiyyətində əməliyyata başlayıb.

Məlumata görə, başçı Vilyam Hacıyev başda olmaqla, müavinləri və iki şöbə müdiri olmaqla, 6 nəfər həbs edilib...

Xatırladırıq ki, İmişli RİH-nin başçısı Vilyam Hacıyevin barəsində Prezident Administrasiyasına çoxsaylı şikayətlər daxil olub. Şikayətlər başçının sahibkarları incitməsi, korrupsiya əməlləri və s. barədə olmuşdur.

Əlavə məlumat veriləcək. Bizi izləyin...



Fikrini bildir