SON XƏBƏRLƏR
YANĞINSÖNDÜRƏNLƏRIMIZ TÜRKIYƏ BAYRAĞINI YANMAĞA QOYMADI- VİDEO

Yazının dərc olunma Tarixi: 3/8/2021

YANĞINSÖNDÜRƏNLƏRIMIZ TÜRKIYƏ BAYRAĞINI YANMAĞA QOYMADI- VİDEO
Azərbaycanlı yanğınsöndürənlərin cəsarətli hərəkətləri Türkiyədə rəğbətlə qarşılanmaqdadır...
Yanğınsöndürənlərimiz ən təhlükəli ərazilərə belə cəsarətlə daxil olaraq yanğının ram edilməsində fədakarlıq göstərirlər. Belə hadisələrdən biri Muğlanın Marmaris ilçəsindəki Hisarönü məhəlləsində çalışan azərbaycanlı yanğınsöndürənlərin Türkiyə dövlət bayrağına qarşı göstərdikləri hörmətdir ki, ölkə mediasında böyük maraqla qarşılanıb. FHN əməkdaşlarının təxliyə olunmuş bölgədəki boş evlərin həyətlərində asılmış bayraqları toplayaraq yanğından mühafizə etmələri diqqətdən yayınmayıb. “Anadolu” agentliyi isə yanğınsöndürənlərdən müsahibə alıb. FHN əməkdaşı Kamil Dünyamaliyev bildirib ki, bayraq bizim üçün çox önəmlidir. “Türkiyə bizim qardaşımızdır. Azərbaycan və Türkiyə hər zaman qardaş olacaq. Son günümüzə qədər Türkiyənin yanındayıq. Marmarisə meşə yanğınlarını söndürmək üçün gəldik. Evə girdim, heç kim yox idi. Evin önündə asılmış türk bayrağını gördüm və onu götürdüm. Bayraq bizim üçün çox önəmlidir”, - deyə Kamil qeyd edib. Yanğınsöndürən Nail Qailov isə Türkiyəni çox sevdiklərini və onu yalnız buraxmayacaqlarını vurğulayıb. “Bayraq bizim hər şeyimizdir. Onu yanmağa qoymarıq. Türk xalqını çox sevirik və hər zaman yanında olacağıq”, - deyə əlavə edib.
Beləcə, yanğınsöndürənlərimiz Türkiyədə də üzümüzü ağ edir, Azərbaycanın adını ucada tuturlar. Təbii ki, bunlar qardaşlıq sevgisindən irəli gəlir.
A.Məmmədli



Fikrini bildir