
Qazaxıstanda iğtişaşlarda 225 nəfər ölüb. Bu barədə respublikanın Baş Prokurorluğu məlumat yayıb. Ölənlərin 175 nəfəri tibb müəssisələrində dünyasını dəyişib. Onlar arasında 19 polis və hərbçi var. Məlumatda, həmçinin 4 578 insanın yaralandığı deyilir.
Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb.