BAYDENDƏN PUTİNƏ DƏSTƏK: "MƏN DEMƏMİŞƏM Kİ, PUTİNİ DEVİRMƏK LAZIMDIR, AMMA..."

Yazının dərc olunma Tarixi: 28/3/2022

BAYDENDƏN PUTİNƏ DƏSTƏK: "MƏN DEMƏMİŞƏM Kİ, PUTİNİ DEVİRMƏK LAZIMDIR, AMMA..."
Bir müddət əvvəl mediada Baydenin Putinin hakimiyyətdə qalmasının mümkün olmadığını bəyan etməsi barədə məlumatlar yayıldı. Polşa KİV-ləri isə bu barədə Baydenin Varşavaya səfəri zamanı çıxışına istinad etmişdi də... ABŞ prezidenti Co Bayden isə dünən- bazar günü Polşada verdiyi açıqlamada Rusiyada rejim dəyişikliyinə çağırış etmədiyini bildirib. "Təzadlar" Bu barədə “European Truth”un yazdığı kimi, CNN-ə istinadla bildirir ki, Ağ Ev rəhbəri belə deyib. Rusiyanın sosial platforma istifadəçiləri isə sevincək bunu Baydenin Putinə dəstəyi kimi qiymətləndiriblər... Bayden isə dünən Putinin rejim dəyişikliyinə çağırıb-çıxmadığına dair Polşada bir mətbuat nümayəndəsinin müxbirinin yüksək səsli sualına cavab olaraq "Xeyr!" deyib. ABŞ prezidentinə sual Baydenin şənbə günü Varşavadakı "Kral Qalası" qarşısında çıxışını bitirdikdən sonra verildiyi bildirilir. Bayden isə neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin haqqında “Allah xatirinə, bu adam hakimiyyətdə qala bilməz” deyib.
Bayden administrasiyasının digər rəsmiləri onun sözlərinə aydınlıq gətirməyə çalışıblar. “Prezidentin fikri ondan ibarət idi ki, Putinə qonşuları və ya region üzərində hakimiyyəti həyata keçirməyə icazə verilməməlidir”, – Ağ Ev sözçüsü bildirib. Respublikaçılar isə qəti şəkildə Baydenin açıqlamasının uğursuz bir səhv olduğunu söyləyib.
Dövlət katibi Entoni Blinken bazar günü deyib ki, ABŞ-ın Rusiyada rejim dəyişikliyi strategiyası yoxdur... Yəni, Rusiya xalqı bilər və bilməlidir də ki, Ukraynadakı vəziyyətə bais olan Putin hakimiyyətdə qalmalıdır, ya yox...
A.Məmmədli



Fikrini bildir