SON XƏBƏRLƏR
“Ambassador” oteldə köməksiz qıza təcavüz edənə 3 ay həbs-MƏHKƏMƏ QƏRARI

Yazının dərc olunma Tarixi: 8/2/2019

“Ambassador” oteldə köməksiz qıza təcavüz edənə 3 ay həbs-MƏHKƏMƏ QƏRARI
Nəriman Əhmədovun atası, polis mayoru Asif Əhmədov əvvəllər Qazax rayon Polis Şöbəsində narkotiklərə qarşı mübarizə bölməsinin rəisi olub və…
Ölkə KİV-lərində məlumat verildiyi kimi, Bakıda yetkinlik yaşına çatmayan qız evli kişi tərəfindən təcavüzə məruz qalıb. Bu barədə mətbuata zərərçəkmiş qızın atası T.Quliyev (ad şərtidir-red.) məlumat vermişdi. Cinayət işi üzrə təqsirləndirilən şəxs, “Ambassador” otelin marketinq üzrə meneceri Əhmədov Nəriman Asif oğludur və o, işlədiyi “Ambassador” otelin otağında ilkin olaraq 09 noyabr 2018-ci il tarixində yetkinlik yaşına çatmayan azyaşlı qıza təcavüz edib… İddiaya görə, həmin şəxs yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan zaman videoçəkiliş də aparıb və maraqlıdır ki, hadisə üzə çıxandan sonra Nəriman Əhmədov telefonunu dəyişdirib və qızla arasında olan yazışmaları silib. Hadisə ilə bağlı zərərçəkmiş şəxsin atası Bakı Şəhər Prokurorluğuna müraciət edib. Prokurorluq isə öz növbəsində məsələni aidiyyatı üzrə Nəsimi Rayon Polis İdarəsinə yönəldib. Əldə edilən məlumata görə, hazırda Nəriman Əhmədovla bağlı Cinayət Məcəlləsinin 152.1 maddəsi ilə cinayət işi açılıb. Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahov isə təqsirləndirilən şəxslə bağlı ev dustaqlığı qərarı çıxarıb. Lakin yetkinlik yaşına çatmayan qızın valideynləri qərardan narazı qalaraq ekspertizanın düzgün rəy vermədiyini bildiriblər. Belə ki, valideynlər tərəfindən zərərçəkmiş şəxs həkim yoxlanışından keçirilən zaman onun bakirəliyinin pozulduğu üzə çıxıb. Bundan başqa, Nəriman Əhmədovda olan infeksion xəstəliklər də qıza keçib. Valideynin iddiasına görə, bütün sübutlara baxmayaraq, Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahov dəlilləri ört-basdır etmək istəyib və… Ekspertiza rəyi ilə razılaşmayan valideyn təkrar ekspertizanın keçirilməsini tələb etsə də, iş tələsik Bakı Apellyasiya Məhkəməsinə yönləndirilib.

Təqsirləndirilən Nəriman Əhmədovun atası keçmiş polis zabitidir deyə…

Maraqlıdır ki, zərərçəkən tərəf məhkəmənin qeyd edilən qərarından apellyasiya şikayəti verib. Amma Nəsimi RPİ-nin müstəntiqi şənbə günü zərərçəkmişin atasına zəng edib deyib ki, həftənin 1-ci günü məhkəmə iclasıdır, saat 10-da gəlin. Vəkil-hüquqşünaslar bilir ki, müstəntiqin belə tələskənliyi o deməkdir ki, qarşı tərəf heç bir tutarlı və mötəbər sübutlarını toplayıb məhkəməyə təqdim edə bilməsin və… Cinayət işi də tələm-tələsik bağlanılsın…
Bəs Nəriman Əhmədov niyə belə arxayındır, yaxud Nəsimi RPİ-nin müstəntiqi niyə təqsirləndirilənin xeyrinə addım atmaq istəyir?
«Təzadlar»ın araşdırmalarına görə, məlum olur ki, yeniyetmə qıza təcavüz edən Nəriman Əhmədovun atası Asif Əhmədov («Ambassador» otelin sahiblərindən biri olduğu deyilir) əvvəllər Qazax rayon Polis Şöbəsində narkotiklərə qarşı mübarizə bölməsinin rəisi olub. Bundan əlavə, Asif Əhmədovun danısı oğlu Oqtay Hüseynov 2016-cı ilin oktyabrın 1-də Qazaxın Çaylı kəndi ərazisində "Mercedes" markalı minik avtomobilində idarəetməni itirib, maşın çevrilərək yol kənarına aşıb və yanmağa başlayıb. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub, alov söndürülüb. Müxtəlif bədən xəsarətləri alan sürücü Oqtay Hüseynov xəstəxanaya aparılıb, vəziyyəti orta-ağır olub. Onun sərnişini, 42 yaşlı Elşad Axundov isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Oqtay Hüseynov Qazax bələdiyyəsinin sədri, Elşad Axundov isə Qazax Evlər İdarəsinin rəisi imiş.
Mənbə bildirir ki, Asif Əhmədov Qazax RPŞ-nin bölmə rəisi olduğundan həmin hadisə də onun sayəsində polisdə ört-basdır edilib və s.
***
Nəhayət, bu gün «Təzadlar»a məlum oldu ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Nəriman Əhmədovun barəsində olan- Nəsimi rayon Məhkəməsinin ev dustaqlığı qərarı ləğv edilərək, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
***












“Təzadlar” xatırladır ki, ötən il də həmin oteldə oxşar hadisə baş vermişdi və hüquq mühafizə orqanları işi ört-basdır etdilər. Bakıda məşhur məktəblərdən birinin direktorunun oğlu eyni cinayəti törətmişdi, “Təzadlar” təcavüzə məruz qalmış qızın ailəsinin şikayətini dərc etmiş, vəkilin baş Prokurora müraciətini yayımlamışdı... Oğlu cinayət törətmiş ailənin müdafiəsinə kimlər qalxmadı... Amma biz zərərçəkənin hüquqlarını sonadək qoruduq, kimlərləsə düşmən olsaq da. İndi həmin məşhur oteldə eyni cinayət, eyni ssenari, hüquq mühafizə orqanlarının eyni hoqqabazlığı! Bu gün günahkar cəzasız qalırsa, sabah həmin o günahkar hər birimizin hüququna tüpürə biləcək.
***
Bu və ya digər suallara aydınlıq gətirilməsi üçün Nəriman Əhmədovun atası Asif Əhmədovla əlaqə saxlayıb onun mövqeyini öyrənməyə çalışdıq.
-Salam Asif müəllim. «Təzadlar» qəzetindən Elçin Məmmədlidir… Oğlunuz Nəriman Əhmədovun cinayət işi ilə bağlı bəzi suallarımız var… Mümkünsə, bir-iki dəqiqə bizə vaxt ayırardınız…
-Elçin müəllim, mən sükan arxasındayam, 5 dəqiqəyə özüm sizi yığıram…
Təəssüflər olsun ki, 5 dəqiqə artıq 5 gün olub, dəfələrlə zəng etsək də Asif Əhmədov telefonumuzu tanıdığından cavab vermir… Təbii ki, bundan sonra yazılacaq məlumatlara görə də bütün məsuliyyəti özü daşıyır. Suallarımız isə istintaq işinin mahiyyəti barədə yox, özünün «Ambassador» otelinə bağlılığı, vaxtilə işlədiyi Qazax RPŞ-dən işdən çıxması və s. məsələlər haqqındadır… Neyləyək, Azərbaycan Mətbuat Şurasının bəzi üzvləri həmişə deyirlər ki, qarşı tərəfin mövqeyini niyə öyrənmirsiniz… Bircə qalıb gənc qıza təcavüz edib videosunu çəkərək sosial şəbəkələrdə yayımlamış, ötən günlərdə isə barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilmiş Nəriman Əhmədovun mövqeyini öyrənmək ki, o, gənc, köməksiz vəziyyətdə olan qızı necə zorlayıb…
Elçin Məmmədli



Fikrini bildir
TƏQVİM
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28