SON XƏBƏRLƏR
Polisin vurduğu piyada öldü - YENİLƏNİB

Yazının dərc olunma Tarixi: 5/4/2019

Polisin vurduğu piyada öldü - YENİLƏNİB
Göyçay rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub. Belə ki, aprelin 4-də, axşam saat 21:00 radələrində Göyçay şəhərinin Nizami küçəsində rayonun Ləkçılpaq kənd sakini, Göyçay Rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşı, polis serjantı Abdulov Emil Bəylər oğlu idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, 1950-ci il təvəllüdlü Miriyev Abduləli Məhəmmədəli oğlunu vurub.
Hadisə zamanı piyada ağır bədən xəsarətləri aldığı üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.



Fikrini bildir