SON XƏBƏRLƏR
Azərbaycana aid yanacaq tankeri partladıldı

Yazının dərc olunma Tarixi: 17/5/2019

Azərbaycana aid yanacaq tankeri partladıldı
Azərbaycanın Türkiyə ilə sərhədində yerləşən Sədərək-Dilucu sərhəd keçid məntəqəsində ötən gün baş vermiş partlayışa dair yeni təfərrüatlar məlum olub.
Virtualaz.org xəbər verir ki, rəsmi “Anadolu” agentliyi Azərbaycan dövlət nömrə nişanlı yanacaqdaşıyan tankerin İran tərəfdən açılan atəş nəticəsində partladığını bildirir. Məlumata görə tanker Dilucu gömrüyünün dayanacağında park halında olarkən İran tərəfdən terrorçular maşına atəş açıb. Nəticədə tanker alovlanıb və bütün müdaxilələrə baxmayaraq tamamilə yanaraq sıradan çıxıb.
Türkiyə Dilucu Sərhəd Qapısından bildirilib ki, hadisə cümə axşamı günorta saatlarında baş verib. Dilucu Sərhəd Qapısının adının çəkilməsini istəməyən məmuru BBC News Azərbaycancaya hadisəni "terror hücumu" kimi qiymətləndirib və deyib ki, ilk öncə tankerə atəş açılıb.
"Hadisə nəticəsində bir əməkdaşımız yaralıdır, ancaq vəziyyəti yaxşıdır", o deyib.Əməkdaşın sözlərinə görə, atəş açanın tək, ya çox adam olduğu bəlli deyil, hadisə yerində polis araşdırma aparır.
Xatırladaq ki, Türkiyənin İğdır vilayəti ilə həmsərhəd İran bölgələrində PKK-nın qolu olan PJAK terrorçuları fəaliyyət göstərir.



Fikrini bildir