SON XƏBƏRLƏR
Ərdoğan Azərbaycanı dəstəkləyən millət vəkillərinə təşəkkür etdi

Yazının dərc olunma Tarixi: 28/9/2020

Ərdoğan Azərbaycanı dəstəkləyən millət vəkillərinə təşəkkür etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Türkiyə Böyük Millət Məclisində Ermənistanın Azərbaycana hücumlarını qınayan bəyanat qəbul olunması ilə əlaqədar təşəkkürü yayımlanıb. Türkiyə Prezidenti TBMM üzvlərinin Azərbaycanın yanında olduğunu bildirən bu bəyanatla əlaqədar Türkiyə xalqı və öz adından təşəkkür edib, qətiyyətli davranışına görə millət vəkillərini təbrik edib.
Qeyd edək ki, bəyanata Xalqların Demokrat Partiyası (HDP) xaric, hakim Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Hərəkat Partiyası (CHP) və İyi Partiya imza atıb.



Fikrini bildir