SON XƏBƏRLƏR
Salyanda ər-arvad dəm qazından zəhərlənib, arvad ölüb

Yazının dərc olunma Tarixi: 30/11/2020

Salyanda ər-arvad dəm qazından zəhərlənib, arvad ölüb
Salyanda iki nəfər dəm qazından zəhərlənib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan şəhər sakinləri, 56 yaşlı Babayev Qafar Aydın oğlu və onun həyat yoldaşı, 52 yaşlı Babayeva Fəridə Zəkulla qızı yaşadıqları ünvanda dəm qazından zəhərləniblər. Hadisə nəticəsində F.Babayeva ölüb, Q.Babayev isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdıma aparılır.



Fikrini bildir