SON XƏBƏRLƏR
Cəlilabadda baş həkim COVID-19-a yoluxdu

Yazının dərc olunma Tarixi: 30/11/2020

Cəlilabadda baş həkim COVID-19-a yoluxdu
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Vüsal Abdullayev koronavirusa yoluxub. Onun COVID-19-la bağlı verdiyi testin nəticəsi pozitiv çıxıb.
Hazırda V.Abdullayev rəhbərlik etdiyi xəstəxanada müalicə olunur.
Qeyd edək ki, V.Abdullayev koronavirus xəstələrinin müalicəsində aktiv fəaliyyət göstərən həkimlərdəndir. O, eyni zamanda İkinci Qarabağ müharibəsində yaralı hərbçilərimizin müalicəsi üçün arxa cəbhədə fəal olub.



Fikrini bildir