SON XƏBƏRLƏR
Sülhməramlılar Ağdərədə kənd təsərrüfatı sahələrini minalardan təmizləməyir

Yazının dərc olunma Tarixi: 6/12/2021

Sülhməramlılar Ağdərədə kənd təsərrüfatı sahələrini minalardan təmizləməyir
Rusiya sülhməramlıları Qarabağda Ağdərə (Mardakert) şəhərinin ərazilərini minalardan təmizləməyə başlayıblar, bu barədə Rusiya Müdafiə Nazirliyinin 6 dekabr tarixli məlumatında deyilir. Hərbi qulluqçular yaşayış məntəqlərinin və yaxınlıqda kənd təsərrüfatı və mal-qara otarılması üçün nəzərdə tutulmuş ərazilərin təmizlənməsi üzrə işlərə başlayıblar. "Bu gün təxminən 1,5 hektar ərazi minalardan təmizlənib, ümumilikdə 400 hektar ərazinin təmizlənməsi planlaşdırılır. İşlər zamanı 2 partlayıcı predmet aşkar olunub", deyə məlumatda bildirilir. Ümumilikdə 23 noyabr 2020-ci il tarixindən etibarən sülhməramlı mühəndis-istehkam qrupları 2 322,1 hektar ərazini, 683 km yolu, 1937 binanı təmizləyib, 26 078 partlayıcı predmet aşkar olunub və zərərsizləşdirilib, deyə məlumatda bildirilir.
Məlumatdan göründüyü qədər, indiyədək bu rayonda minatəmizləmə işləri həyata keçirilməyib, baxmayaraq ki, Qarabağda 1 ildən çoxdur minatəmizləmə işləri aparılır. Bu məlumat Ermənistan tərəfin bütün rayonların mina xəriitələrini təqdim etməsi haqqında məlumatla eyni vaxta təsadüf edib.



Fikrini bildir