SON XƏBƏRLƏR
Qubada elektrik dirəyində yanğın olub, bir neçə kənd işıqsız qalıb - VİDEO

Yazının dərc olunma Tarixi: 10/8/2018

Quba rayonunda yüksək gərginlikli (10000 Vt) elektrik xəttinin keçdiyi dirəkdə yanğın baş verib.
Qubada elektrik dirəyində yanğın olub, bir neçə kənd işıqsız qalıb - VİDEO
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Talabıqışlaq kəndində qeydə alınıb.

Yanğın nəticəsində naqillər sıradan çıxıb. Bu səbəbdən hazırda rayonun bir neçə kəndi işıqsız qalıb. Məsələ ilə bağlı Quba Rayon Elektrik Şəbəkəsinin rəsmisi Kamran Babayev "Report"un yerli bürosuna verdiyi açıqlamada bildirib ki, elektrik dirəkləri və xətləri Sovet dövründən qalmadır və köhnə naqillər sıradan çıxaraq qısaqapanma yaranıb və bu səbəbdən yanğın baş verib: "Elektrik enerjisinin verilişi yaxın saatlarda bərpa olunacaq. Hazırda əraziyə texnika və işçi heyəti göndərilib".

Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmayıb.




Fikrini bildir
TƏQVİM
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30