SON XƏBƏRLƏR
QOBUSTAN SAKİNLƏRİ PREZİDENTƏ ŞİKAYƏT ETDİ

Yazının dərc olunma Tarixi: 13/10/2018

"Saxta diplomlu, Qurbançı bələdiyyəsinin keçmiş sədri Əlikram Musayev camaatın başına olmazın oyununu açır"
QOBUSTAN SAKİNLƏRİ PREZİDENTƏ ŞİKAYƏT ETDİ
Pravdainfo.org-a Qobustan rayonunun Qaracüzlü kənd sakinlərindən Mirzəməmmədov Mehdibala Heybət oğlu, Məcidov Sakit Mirbala oğlu, Muradaov Oktay Muradxan oğlu Abdullayev Soltan Abdulla oğlu, Xalıqov Təbriz Babazadə oğlu, Hüseynov İbrahim Məhəmmədəli oğlu və Yusifov Əzim oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti xanım M.Əliyevaya, daxili işlər naziri cənab R.Usubova, Baş prokuror cənab Z.Qaralova, kənd təsərrüfatı naziri cənab İ.Kərimova və bir sıra dövlət qurumlarının rəhbərlərinə ünvanlı müraciət daxil olub.

Şikayətçilər Qobustan rayonunun Qurbançı bələdiyyəsinin sədri olmuş Musayev Əlikram Ələkbər oğlunun 16 ailənin payına düşmüş əmlak payını qanunsuz olaraq ələ keçirərək mənimsədiyi ferma binasının dərhal onlara qaytarılmasını istəyirlər.

Müraciətdə daha sonra bildirilir:

"Əvvəlcə xatırladaq ki, biz, Qobustan rayonunun Qaraçüzlü kənd sakinlərinə yerli Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli qərarına əsasən yaşadığımız kənd ərazisinə aid kənd təsərrüfatlı torpaqlardan pay torpaqları dövlət tərəfindən əvəzsiz olaraq verilmişdir. Kəndimizin daxil olduğu Qurbançı bələdiyyəsinin sədri Əlikram Musayev kəndin 40-a yaxın təsərrüfat rəhbərindən (ailə başçısı) onlara verilmiş pay torpağın Dövlət Aktında ediləcək düzəliş adı altında hamısını toplamış və 2006-cı il aprelin 2-də Bakı şəhəri, Mustafayev küçəsi, ev 27, mənzil 36-da yaşayan Məmmədov Malik Xeyrulla oğlu ilə gizli sövdələşərək, 1 hektarını 200 manata saxta sənədlərlə sataraq bizə külli-miqdarda ziyan vurmuşdur. Belə ki, bələdiyyə sədri Ə.Musayev Qobustan Notariat kontorunun rəisi olmuş T.Seyidovla əvvəlcədən razılaşaraq alqı-satqı müqaviləsi bağlamaq üçün bizim - 40 ailə başçısının adından öz adına etibarnamə və ailə üzvlərinin hər birinin adından razılıq ərizələri tərtib edərək eyni reyestr nömrəli 02 aprel 2016-cı il tarixli 2 ədəd alqı-satqı müqaviləsi tərtib etmişlər. Nəticədə, M.Məmmədovun adına cəmi 526,74 hektar torpağa mülkiyyət hüququna dair sənəd verilmişdir.

Digər fakt ondan ibarətdir ki, Aqrar İslahatla parallel olaraq hər bir kənd sakininə düşən mülk pay bölgüsü zamanı da keçmiş bələdiyyə sədri olmuş Ə.Musayev bütün əsas pay mülklərini yalnız özünə və yaxın qohumlarının adına saxtakarlıqla sənədləşdirməklə mənimsəmişdir. Belə ki, 4 ədəd iri həcmli qoyun fermalarının hamısını öz əlinə keçirmiş və bu əmlakların üçünü kənar şəxslərə satmış, qalan birini isə bu günədək yenə hansısa kənar şəxsə ili 6000 manat olmaqla icarəyə verərək qanunsuz varlanmaqla məşğuldur. Halbuki biz əldə etdiyimiz arxiv arayışına görə, bir daha sübut edirik ki, bu əmlakın bir hissəsi olan ferma binası biz 16 ailənin mülkiyyətindədir. Buna baxmayaraq, əmlakımızın bizə geri qaytarılması barədə istər yerli, istərsə də yuxarı orqanlara etdiyimiz şikayətlərə hələlik reaksiya verən olmayıb. Dəflərlə Qobustan rayon İcra Hakimiyyətinin başçısı cənab A.Məmmədovun qəbulunda olmuşuq. Sağ olsun, tapşırıqlar verib. Amma hələ də nəticəsi yoxdur. Biz də bir insan kimi öz pay əmlakımızdan istifadə etməklə ailəmizi dolandırmaq istəyirik. Lakin saxta diplomlu, Qurbançı bələdiyyəsinin keçmiş sədri Əlikram Musayev camaatın başına olmazın oyununu açır.

Ona görə də indi ümidimiz yalnız dövlətimizin başçısı çox hörmətli İlham Əliyevə və siz cənablara qalıb.

Çox xahiş edirik, saxta sənədlərlə əmlakımızı ələ keçirərək pay torpaqlarımızdan istifadə etməklə (526 ha) dövlətdən aldığı subsidiyaları və biz kənd sakinlərinə düşən əmlak paylarımızı mənimsəmiş Əlikram Musayevin və onun dəstəsinin fəaliyyəti araşdırılaraq hüquqi qiymət verilməsi üçün aidiyyəti qurumlara göstəriş verəsiniz. Əvvəlcədən sizlərə minnətdarlığımızı bildiririk".

Məsələ ilə bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.

Pravdainfo.org



Fikrini bildir
TƏQVİM
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30