SON XƏBƏRLƏR
“Sahil D Company” MMC korrupsiya qalmaqalının tən ortasında - VİDEO

Yazının dərc olunma Tarixi: 27/10/2018

Vətəndaş 7 il əvvəl 150 min dollara aldığı evə girə bilmir

Vətəndaş 2011-ci ildə 150 min dollara aldığı evə hələ də girə bilmir. Üstəlik bir aydır ki, evinin başqasına satıldığını və təmir edildiyini öyrənib. Binanı inşa edən şirkətdən isə bildirilir ki, satış saxta sənəd əsasında həyata keçirilib. Həmin mənzil əslində 2008-ci ildə rəsmi formada satılıb. Bununla bağlı isə hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
“Sahil D Company” MMC korrupsiya qalmaqalının tən ortasında - VİDEO
Pravdainfo.org xezerxeber.az-a istinadən xəbər verir ki, bu hadisə Gündüz Gözəlov adlı şəxsin başına gəlib. O, 7 il əvvəl Bakı şəhəri Fəzail Bayramov küçəsi 1156 ünvanındakı yeni tikililərdən 150 min dollara 220 kvadratlıq mənzil alıb, amma ötən ay evin həm də başqasına satıldığını öyrənib.

Gündüz Gözəlovun sözlərinə görə, bu müddət ərzində bir neçə dəfə binanın inşasını həyata keçirən “Sahil D Company” Məhdud Məsuliyyətli Cəmiyyətində olub və evin həqiqətən də onun adına olduğunu onların sənədlərində də görüb.

Biz də mənzilin son halıyla tanış olmaq üçün 22-ci mərtəbəyə qalxmaq istəsək də, bloklara giriş bağlı olduğundan bu mümkün olmadı.

“Sahil D Company” MMC-nin icraçı direktoru Adilağa Hüseynovun sözlərinə görə isə, həmin mənzil saxta sənədlə satılıb və buna görə direktor Məzahir Cəfərova bir neçə il əvvəl dələduzluq maddəsi ilə cinayət işi açılıb və həmin şəxs proses müddətinə intihar edib.

Şirkətdən o da bildirilir ki, eyni tarixlərdə bu üsulla daha 6 mənzilin satışı həyata keçirilib buna görə də təsisçilərdən İlham Qasımovun müraciəti ilə Baş Prokurorluq tərəfindən iş araşdırılır.




Fikrini bildir
TƏQVİM
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31