SON XƏBƏRLƏR
Çilovdakı məktəbdən müəllimlərin gediş-gəlişində yaranan çətinliklərlə bağlı açıqlama

Yazının dərc olunma Tarixi: 29/1/2019

Bakının Pirallahı rayonunun Çilov adasında fəaliyyət göstərən 131 nömrəli tam orta məktəbdə çalışan müəllimlərin şəhərin mərkəzinə gediş-gəlişində çətinliklərin yaranması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
Çilovdakı məktəbdən müəllimlərin gediş-gəlişində yaranan çətinliklərlə bağlı açıqlama
Məktəbdən Trend-ə verilən məlumata görə, Çilov adasında fəaliyyət göstərən 131 nömrəli tam orta məktəbdə çalışan müəllimlərin gediş-gəlişi gəmi ilə həyata keçirildiyi üçün bəzən hava şəraiti ilə əlaqədar işçilərin təhlükəsizliyi nəzərə alınaraq şəhərlə nəqliyyat əlaqəsində ləngimələr ola bilir:

"Bu dəfə də şəhərdə yaşayan bir neçə müəllimin hava şəraiti ilə bağlı evlərinə getməsi ləngiyib. Ən qısa zamanda hava şəraiti gəmilərin hərəkətinə imkan verən kimi onların evə getməsi mümkün olacaq. Müəllimlərin gediş-gəlişi məsələsində hava şəraiti ilə bağlı ləngimələr olmasa, heç vaxt digər çətinlik yaranmayıb. Çilov adasında yerləşən "28 May" NQÇİ-nin rəhbərliyi həmişə müəllimlərin gediş-gəlişinə yaxından kömək göstərir".

Qeyd edək ki, Rasim İbrahimov adına 131 nömrəli tam orta məktəb Bakı şəhəri Pirallahı rayonu Çilov adasında yerləşir. Məktəb 1951-ci ildən fəaliyyət göstərir. Məktəbdə hazırda 80 şagirdin təlim-tərbiyəsi ilə 22 pedaqoji işçi məşğul olur. Məktəbin binası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "28 May" NQÇİ-nin balansındadır. Məktəb 2007-ci ildə əsaslı təmir olunub və müvafiq avadanlıqlar verilib.



Fikrini bildir
TƏQVİM
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28