SON XƏBƏRLƏR
Rəis müavininin əməlləri qanunsuz tikililər, rüşvət - Cəzası isə...

Yazının dərc olunma Tarixi: 5/3/2019

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Xalid Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Rəis müavininin əməlləri qanunsuz tikililər, rüşvət - Cəzası isə...
Trend-in məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror X.Məmmədovun 9 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası martın 12-nə təyin edilib.

İttihama əsasən, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edərək bir sıra qanunsuz tikililərə görə dələduzluq edib və rüşvət alıb.

Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

O, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, X.Məmmədov Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib.

Qeyd edək ki, X.Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun qohumudur.



Fikrini bildir