SON XƏBƏRLƏR
Vüqar Məcidovun mağazasında qurdlu pirojnalar

Yazının dərc olunma Tarixi: 7/7/2019

Dünən Rusiyanın Sankt-Peterburq şəhərinin Kalinin rayonundakı ərzaq mağazalarının birinin qarşısında canlanma yaşanıb. Polis, təcili yardım maşınları, əsəbi sahibkar… Bütün bunlara səbəb isə qurdlu pirojna olub.
Vüqar Məcidovun mağazasında qurdlu pirojnalar
Virtualaz.org “Fontanka” nəşrinə istinadən xəbər verir ki, dünən günorta vaxtı Viktoriya adlı qadın Rustaveli, 13-də yerləşən dükandan iki pirojna alıb. Onun 11 yaşlı qızı ilk pirojnanı elə tez yeyib ki, şirniyyatın qoxusuna, dadına və tərkibinə fikir verən olmayıb. Lakin ikinci pirojnaya uşaq daha diqqətlə yanaşıb və onun qurdlu olduğunu görüb.

Viktoriya birbaşa mağazaya təcili yardım və polis çağırıb. Həkimlər bildiriblər ki, uşaq sağlamdır və yedikləri həzm olunacaq. Polis əməkdaşları isə protokol tərtib ediblər.

Mağazadan verilən çekə əsasən, obyektin sahibi Azərbaycan vətəndaşı Vüqar Məcidovdur. O, 2006-cı ildən Peterburqda sahibkarlıqla məşğuldur. Pərakəndə satışla məşğul olan “Varera” MMC adlı müəssisə də onun adına qeydiyyatdan keçirilib.

Məcidovun adı indiyə kimi dəfələrlə polis və prokurorluq orqanlarının iddiası isə məhkəmə çəkişmələrində hallanıb, lakin özü heç vaxt məhkəmə iclaslarına gəlməyib. Bu həftənin əvvəlində, mənbənin bildirdiyinə görə, azərbaycanlı iş adamı barəsində müşayiət edən sənədləri olmadan spirtli içkilərin satışına görə məhkəmə hökmü çıxarılıb və o, 10 min rubl cərimə olunub.



Fikrini bildir