SON XƏBƏRLƏR
Nəsimi rayonunda şam ağaclarını kəsib üstünü torpaqla örtən kimlərdir?

Yazının dərc olunma Tarixi: 11/5/2020

Nəsimi rayonunda şam ağaclarını kəsib üstünü torpaqla örtən kimlərdir?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nəsimi rayonunda ağacların kəsilməsi ilə bağlı daxil olan şikayəti Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları araşdırıblar.

Nazirliyin mətbuat katibi İradə İbrahimovanın AZƏRTAC-a verdiyi məlumata görə, araşdırma zamanı Nəsimi rayonunun, Moskva prospekti 74 ünvanında gecə saatlarında müxtəlifdiametrli şam ağaclarının kəsilərək üstünün torpaqla örtüldüyü müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

Nazirliyin sözçüsü bildirib ki, təqsirkarların müəyyən olunması və barələrində qanunauyğun tədbirlərin görülməsi üçün Nəsimi Rayon Polis İdarəsinə müraciət olunub.

İ.İbrahimova onu da qeyd edib ki, gecə saatlarında, xəlvəti şəkildə ağac kəsintisinə təəssüf ki, hələ də yol verilir: “Bunun qarşısını birlikdə almalıyıq, belələrini hamılıqla ifşa etməliyik. Bu işdə vətəndaşların, yerli icra orqanlarının və ictimaiyyət nümayəndələrinin dəstəyinə və ictimai qınağa böyük ehtiyac var”.



Fikrini bildir