SON XƏBƏRLƏR
Cəlilabad Mərkəzi Xəstəxanasından şikayətlər səngimir

Yazının dərc olunma Tarixi: 15/5/2020

Həmkarlar təşkilatının qərarı olmadan baş həkim məcburi şəkildə işçilərin yerini dəyişir
Cəlilabad Mərkəzi Xəstəxanasından şikayətlər səngimir
Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elnur Azadxanovun xəstəxanada apardığı "islahatlarla" bağlı məlumat vermişdik. Həmin yazıdan sonra baş həkim Elnur Azadxanov barədə redaksiyamıza daxil olan şikayətlər səngimir.

Şikayətçilər "Təzadlar"a bildirirlər ki, E.Azadxanovun özbaşınalığına xəstəxananın həmkarlar təşkilatı da göz yumub. O zaman belə bir sual yaranır ki, bəs həmkarlar təşkilatının qərarı olmadan baş həkim məcburi şəkildə işçilərin yerini necə dəyişib?! Şikayətçilərin iddiasına görə, E.Azadxanov tibb işçilərinin hamısına ərizəsini məcburi yazdırıb ki, könüllü surətdə başqa şöbələrə keçsinlər. Razılaşmayanlar isə baş həkim tərəfindən hədələniblər ki, birdəfəlik işdən azad ediləcəklər. Bəz o zaman, görəsən, xəstəxanın həmkarlar təşkitalı hara baxır?!

Şikayətçilər onu da qeyd edirlər ki, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Cəlilabad rayon Mərkəzi Xəstəxanasında xüsusi karantin rejimi şəraitində işləyən tibb işçilərinə əmək haqlarının 3-5 misli qədər əmək haqqı almayıb. Halbuki ölkə başçısı karantin rejimində işləyən tibb işçilərinə əmək haqlarının 3-5 misli qədər əlavə əmək haqqı verilməsi ilə bağlı sərəncam imzalayıb.

Gecəli-gündüzlü Cəlilabad rayon Mərkəzi Xəstəxanasında karantin müddətində çalışan tibb işçilərinin heç birinə 50 manatlıq kart verilmədiyi halda, Cəlilabad Diaqnostika Mərkəzinin bütün tibb işçiləri kartla təmin olunublar. Halbuki onların karantin müddətində heç bir fəaliyyətləri olmayıb. Diaqnostikanın baş həkimi tərəfindən burada çalışan Cəlilabad rayon Mərkəzi Xəstəxanasının işçilərinə karantin tətbiq olunub. Lakin Cəlilabad Diaqnostika Mərkəzinin öz işçiləri üzərində heç bir tibbi müayinə aparılmayıb.

Növbəti yazımızda isə baş həkim Elnur Azadxanovun Cəlilabad Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sürücüsünü işdən necə azad etməsindən bəhs edəcəyik.

Məsələ ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elnur Azadxanovun da mövqeyini dərc etməyə hazırıq. (tezadlar.az)



Fikrini bildir