SON XƏBƏRLƏR
Rusiyada erməni həkim pasiyentləri zorladığına görə həbs edilib

Yazının dərc olunma Tarixi: 11/7/2020

Rusiyada erməni həkim anestezioloq-reanimatoloq Armen Ohanesyan narkoz altında olan pasiyenti zorladığı üçün 10 il müddətinə azadlıqdan məhrum edilib.
Məlumatı “Vesti.ru” yayıb.
A.Ohanesyan iki zorlama epizodu üzrə təqsirli bilinib. İttihamnaməyə əsasən, bu erməni həkim narkoz altında olan pasiyentin köməksiz vəziyyətindən istifadə edərək qanunazidd addım atıb. Ohanesyan ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.

Məhkəmənin qərarı ilə o, 10 il azadlıqdan və 6 il həkimlik fəaliyyətindən məhrum edilib.

58 yaşlı A.Ohanesyan Sankt-Peterburqda Uşaqlar üçün “Yuventa” Məsləhət-Diaqnozlaşdırma Mərkəzində işləyib. 35 illik iş stajına malikdir. Onun qurbanları 1997, 2001, 2002-ci ildə anadan olan qızlardır. 2018-ci ilin dekabrında 32 yaşlı qadın polisə A.Ohanesyanın 15 yaşlı qıza qarşı iyrənc davrandığı barədə müraciət edib.



Fikrini bildir