SON XƏBƏRLƏR
"Aqroservis"in şöbə müdiri dövlətin ayırdığı vəsaiti talan edir

Yazının dərc olunma Tarixi: 24/9/2020

Pravdainfo.org-a "Ucar Aqroservis"in bir qrup işçisinin şikayət məktubu daxil olub.
"Aqroservis"in şöbə müdiri dövlətin ayırdığı vəsaiti talan edir
Şikayətçilərin yazdığına görə, "Aqroservis" ASC-nin Aqşin adlı şöbə müdiri vəzifə səlahiyyətlərindən sui-istifadə edib dövlətin ayırdığı vəsaiti talan etməklə məşğuldur, ona görə də min bir əziyyətlə çalışan insanlar borc içində yaşamağa məhkum olublar.

Şikayətçilər daha sonra bildirir: "Biz "Ucar Aqroservis"dən 2014-cü il tarixində lizinq yolu ilə kənd təsərrüfatı texnikası götürüb işlədərək, vaxtlı-vaxtında pulumuzu ödəyirdik. Qanuna əsasən, lizinq yolu ilə götürdüyümüz texnikaların təmirini "Aqroservis" ASC özü həyata keçirməlidir. Ancaq qeyd etdiyimiz kimi, "Aqroservis"in Aqşin adlı şöbə müdiri ayrılan vəsaiti təyinatı üzrə xərcləmədən şəxsi maraqlarına görə talan edir.

Bu il texnikanın nasazlığına görə bir vətəndaşın taxilini biçən zaman məhsulun 743 kq-ı yerə tökülərək zay olmuşdur.

Bu barədə dərhal baş idarəyə məlumat verdik. Ucar rayonuna gələn "Aqroservis" ASC-nin əməkdaş Tariyel Babayev texnikalara baxış keçirib nasaz olmasına dair akt tərtib etdilər.

Nasaz kombaynların təmirinin "Aqroservis" ASC tərəfindən həyata keçiriləcəyi bildirilsə də, Aqşin bunu mümkünsüz etdi. Məcbur olub öz hesabımıza kombaynlarımızı təmir etdirdik. Demək olar ki, təmirə 1355 manat pul xərclədik. Bundan sonra müqavilədə nəzərdə tutulan illik ödənişin 1000 manatını ödəsək də, qalan hissəsini ödəyə bilməmişik.

Ona görə də biz “Aqroservis”ə məlumat verib müqavilənin dayandırılmasını xahiş etdik.

Hətta biz Bakı şəhərinə "Aqroservis" idarəsinə qəbula getdik. İdarə başqa ünvana köçdüyü üçün qəbulda ola bilmədik. Sonra Aqşinə zənglər etsək də, o, telefonlarımıza cavab vermədi. Çünki mənimsədiyi pullar bu adamın gözünü elə örtüb ki, mexanizatorları saya salmır. "Aqroservis"in balansıda olan texnikaların təmiri üçün ayrılan ehtiyat hissələri, sürtgü yağlarını Aqşin satıb talan edir. 7 ildir texnikanı lizinq yolu ilə götürsək də, bir dəfə də olsun bizim texnikalara ehtiyat hissələri və sürtgü yağları verilməyib. Bu adam açıq-aşkar talançılqla məşğul olsa da, barəsində tədbir görən yoxdur. Aqşin ondan narazı olan işçilərə deyib ki, hara şikayət etsəniz, araşdırılması mənə tapşırılacaq, özünüzü yormayın.

Həmçinin, "Ucar Aqroservis"də olan 3 ədəd pambıqyığan maşınları bizə təmir etdirib, başqa şəxslərin istifadəsinə verdilər. Hansı ki, həmin pambıqyığan maşınları təmir etməmişədn əvvəl bizim istifadəmizə veriləcəyini bildirmişdilər. Təmirdən sonra həmin pambıqyığan maşınlar şəxsi marağa görə başqalarına verildi. Bizim təmirə çəkdiyimiz zəhmət haqqı isə ödənilmədi.

Xahiş edirik, şikayətimiz bizim iştirakımızla yerində araşdırıb "Aqroservis" ASC-nin Aqşin adlı şöbə müdirinin barəsində ciddi tədbirlər görülsün".

Pravdainfo.org olaraq şikayətlə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

Pravdainfo.org



Fikrini bildir
TƏQVİM
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31