SON XƏBƏRLƏR
ETSN rəsmisi: “Meşələrin qırılmasında iştirak edən əməkdaşlar cəzalandırılıb”

Yazının dərc olunma Tarixi: 25/12/2020

ETSN rəsmisi: “Meşələrin qırılmasında iştirak edən əməkdaşlar cəzalandırılıb”
“2017-ci ildə Azərbaycanda 55 min kub metr, 2018-ci ildə 28 min kub metr, 2019-cu ildə 18 min kub metr, 2020-ci ildə isə 10 min kub metr həcmində meşə ərazisi qanunsuz olaraq qırılıb”.

Məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, son üç il ərzində qanunsuz meşə qırılmaları altı dəfəyə qədər azalıb.

“Meşələrin qırılması bir çox hallarda meşə mühafizə əməkdaşlarının iştirakı, birbaşa fəaliyyəti və fəaliyyətsizliyi nəticəsində olur. Həmçinin, meşələri qanunsuz qıranlar həmin regionda yaşayan sakinlərdir”.

“Bu kimi şəxslərlə bağlı tədbirlər görülüb, bəziləri işdən çıxarılıb, bəziləri haqqında inzibati tədbirlər görülüb”, - deyə o qeyd edib.



Fikrini bildir