SON XƏBƏRLƏR
Qusar sakinləri: “Natəmizlik, xəstəlik baş alıb gedir, maraqlanan yoxdur”

Yazının dərc olunma Tarixi: 1/1/2021

Qusar sakinləri: “Natəmizlik, xəstəlik baş alıb gedir, maraqlanan yoxdur”
Qusar rayon sakinləri ətrafda yığılan məişət tullantılarının təmizlənməməsindən şikayət edir.

Bu barədə vətəndaşlar redaksiyaya müarciət edib.

Məlumata görə, fotolarda gördüyünüz ərazi Qusarın Çartəpə adlanan ərazisidir. Sakinlər iddia edir ki, hər kəs evdən çıxan zibilləri, məişət tullantılarını çayın içinə və ya ətrafına atır.

Həmin zibillər orada yığılır və üfunət qoxur. Bu həm ətrafda yaşayan sakinlərin sağlamlığına, həm də ekologiyaya böyük ziyan vurur.

Onların sözlərinə görə, natəmizlik, xəstəlik baş alıb gedir, amma bu məsələ ilə maraqlanan və ərazinin təmizlənməsi üçün tədbir görən yoxdur.



Fikrini bildir