SON XƏBƏRLƏR
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə İctimai Nəzarət Koalisiyası əmkdaşlığa başladı

Yazının dərc olunma Tarixi: 16/5/2018

Xəbər verdiyimiz kimi, bu günlərdə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin (DAMM İB) birinci vitse-prezidenti, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov, İctimai Nəzarət Koalisiyasının sədr müavini, «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili və tanınmış türkoloq, İNK-nin aparat rəhbəri Aydınxan Əbilov Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində Rusiya Vəkillər Gildiyasının sədr müavini, Başqırdıstan Vəkillər Kollegiyasının sədri, professor Valeh Abbasovun təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak ediblər.
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə İctimai Nəzarət Koalisiyası əmkdaşlığa başladı
Qeyd edək ki, Ufa şəhərində keçirilən sözügedən tədbirlər və Azərbaycanın Başqırdıstan Respublikasındakı Regional Diaspor Təşkilatının fəallığı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən maraqla izlənilib.

Bu gün Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov arasında görüş keçirilib.

Görüşdə Azərbaycanı dünyada təmsil edən diaspor təşkilatlarının bu günə qədər gördükləri işə qiymət verilib və bundan sonrakı fəaliyyətlərinin istiqamətləri müəyyənləşdirilib, təkliflər irəli sürülüb. Eyni zamanda, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə İctimai Nəzarət Koalisiyası arasında əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib.

Bu barədə əməkdaşımıza məlumat verən İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov görüşdən məmnun olduğunu bildirib. R.Məmmədovun sözlərinə görə, görüşdə Azərbaycanda mövcud olan ictimai-siyasi sabitliyin qorunmasında Azərbaycanın xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının da müstəsna rolu qeyd olunub. Həmçinin, iki qurum arasında əlaqələrin genişləndirilməsinin zəruri olduğunu vurğulanıb.

ELBAR
(tezadlar.az)



Fikrini bildir
TƏQVİM
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30