SON XƏBƏRLƏR
Prezident Qubada avtomobil yolunun tikintisinə 10,8 milyon manat ayırıb

Yazının dərc olunma Tarixi: 19/9/2018

Prezident İlham Əliyev Quba rayonunun İdrisqışlaq–Qasımqışlaq–Xaspolad–Zərqava–Aspərəsti–Çayqışlaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Prezident Qubada avtomobil yolunun tikintisinə 10,8 milyon manat ayırıb
"Report" xəbər verir ki, sərəncama əsasən 6 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən İdrisqışlaq–Qasımqışlaq–Xaspolad–Zərqava–Aspərəsti–Çayqışlaq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 10,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.



Fikrini bildir