SON XƏBƏRLƏR
Azərbaycan və Ermənistanın XİN başçıları sentyabrın 26-da Nyu-Yorkda görüşəcəklər

Yazının dərc olunma Tarixi: 24/9/2018

BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak edən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikası xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə bu il sentyabrın 26-da Nyu-Yorkda görüş keçiriləcək.
Azərbaycan və Ermənistanın XİN başçıları sentyabrın 26-da Nyu-Yorkda görüşəcəklər
Bu barədə "Report"a XİN-in mətbuat xidmətindən məlumat verilib.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.



Fikrini bildir