SON XƏBƏRLƏR
Mitinq qərarı verildi – “Qarabağa azadlıq”

Yazının dərc olunma Tarixi: 10/7/2019

Qarabağ Komitəsi toplantısı iyulun 23-də-Ağdam rayonunun işğalı günündə mitinq keçirmək qərarına gəlib. Bu barədə Qarabağ Komitəsinin üzvü, AXP sədri Pənah Hüseyn məlumat verib. Pənah Hüseynin məlumatına görə, mitinq qərarı iyulun 10-da Qarabağ Komitəsinin iclasında qəbul olunub. Mitinq “Qarabağa azadlıq”, “İşğala son” şüarları ilə keçiriləcək. Qarabağ Komitəsi hər kəsi mitinqə dəvət edib.
Mitinq qərarı verildi – “Qarabağa azadlıq”
P.Hüseynin sözlərinə görə, Qarabağ Komitəsinin iclasında Qarabağa sülhməramlılar yerləşdirilməsi məsələsinə dair də müzakirələr keçirilib. Müzakirələrin sonunda “Azərbaycan ərazisinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə dair Qarabağ Komitəsinin mövqeyi haqqında” sənəd qəbul edilib. Sənəddə deyilir ki, Qarabağ Komitəsi mövcud hərbi- siyasi status kvonun saxlandığı şəraitdə Azərbaycan ərazisində hər hansı tərkibdə və statusda sülhməramlı qüvvələrin yerləşdirilməsini və bu sahədə sənədlər imzalanmasını defakto işğalın deyure tanınması olduğuna görə yolverilməz hesab edir.

Sənəddə həmçinin bildirilir ki, Qarabağ Komitəsi hesab edir ki, işğalçı Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən tamamilə çıxarıldıqdan, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra Azərbaycan dövləti və onun orqanları Azərbaycanda yaşayan dinc erməni əsilli Azərbaycan vətəndaşlarının həyat və sağlamlıqlarının təhlükəsizliyinə, habelə Azərbaycan Konstitusiyasında, beynəlxalq hüquqda vətəndaş üçün təsbit olunmuş bütün hüquq və azadlıqlara, milli hüquq və azadlıqlara təminat verə, yerinə yetirmək əzmindədirlər. Ona görə də bunun üçün xarici sülhməramlı qüvvələrə ehtiyac yoxdur.



Fikrini bildir