SON XƏBƏRLƏR
Ərdoğan Qərbə və Ərəb Dövlətləri Liqasına səsləndi

Yazının dərc olunma Tarixi: 17/10/2019

"Ey Qərb, ey Ərəb Dövlətləri Liqası, ey azacıq da olsa vicdan və əxlaqa sahib ölkələr! Hamınıza müraciət edirəm, dövran belə qalmayacaq, dönəcək”.

Ərdoğan Qərbə və Ərəb Dövlətləri Liqasına səsləndi Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İnkişaf və Ədalət Partiyasının (AKP) parlamentdəki farksiyasının genişlənmiş toplantısında deyib.

Onun sözlərinə görə, Türkiyə əleyhinə kampaniyada ən çox istifadə olunan arqumentlərdən biri də budur – sivillər qətlə yetirilir.

R.T.Ərdoğan Fransa Prezidenti Emmanuel Makrona Ruandada, Əlcəzairdə törədilən qətliamlar barədə xatırlatma verdiyini bildirib: “Makrona dedim ki, Ruandada, Əlcəzairdə insanlar qətlə yetirən siz deyildiniz?.. İndi isə Suriya məsələsində utanmadan bizi sivilləri qətl etməkdə ittiham edənlərə səslənirəm: Sivil qətliamı görmək istəsəniz, Suriyada Türkiyənin ayaq basmadığı yerlərə, Əfqanıstana, Qarabağa baxın...”.

Bir sıra Qərbin ölkələrinin "Barış bulağı” əməliyyatının dayandırılması və terrorçularla dialoqa gedilməsi barədə təkliflərini şərh edərkən, dövlət başçısı deyib: "Türkiyə öz tarixində heç vaxt terrorçularla danışıqlara getməyib. Belə şey olmayıb və olmayacaq. Və biz bunun üçün vasitəçilər axtarmırıq".



Fikrini bildir