SON XƏBƏRLƏR
Bolqarıstan XİN başçısından Yerevanda Qarabağ açıqlaması

Yazının dərc olunma Tarixi: 28/10/2019

“Bizim Cənub Qafqaza xüsusi yanaşmamız var”.

Bolqarıstan XİN başçısından Yerevanda Qarabağ açıqlaması Erməni KİV-ləri bildirir ki, bunu Bolqarıstanın Xarici İşlər naziri Yekaterina Zaxariyeva oktyabrın 28-də Yerevanda keçirdiyi mətbuat konfransında deyib.

O, xüsusi vurğulayıb ki, Bolqarıstanın Azərbaycanla enerji sahəsində əməkdaşlığı vacibdir və Bakıdan qazın alınması Sofiya üçün böyük nailiyyət olacaq.

Yeri gəlmişkən, Bakı ilə Sofiya arasındakı razılığa əsasən, 2020-ci ilin əvvəlindən etibarən Azərbaycan Bolqarıstana ildə 1 milyard kubmetr qaz tədarük etməlidir.

Bolqarıstanın XİN rəhbəri regional münaqişələrə də toxunub. Deyib ki, Avropa İttifaqı üçün bölgədəki sabitlik, vətəndaşların rifahı və münaqişələrin həlli prioritet vəzifələrdir: “Bolqarıstanın Azərbaycan və Ermənistanla çox yaxşı əlaqəsi var. Avropa İttifaqı üçün bölgədə dondurulmuş münaqişələrin tənzimlənməsi, sabitlik və firavanlıq prioritet məsələdir. Dağlıq Qarabağ münaqişəsi yalnız ATƏT-in Minsk qrupu çərçivəsində tənzmlənə bilər. İnsanların təhlükəsizliyi üçün bu məsələ gündəliyin birinci maddəsidir”.



Fikrini bildir