SON XƏBƏRLƏR
Xaçmaz və Yevlax rayon icra başçıları işdən azad edildi

Yazının dərc olunma Tarixi: 31/10/2019

Prezident İlham Əliyev bu gün oktyabrın 31-də Xaçma rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin vəzifədən azad edilməsinə dair sərəncam imzalayıb.
Xaçmaz və Yevlax rayon icra başçıları işdən azad edildi
Xatırladaq ki, 81 yaşlı Xanbabayev yaşına görə istefa ərizəsi yazdığını açıqlamışdı.

Prezident digər sərəncamla onun yerinə Elnur Şahbaz oğlu Rzayevi təyin edib.

Habelə dövlət başçısı bu gün Yevlax rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun vəzifədən azad edilməsinə dair sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Anar Aqil oğlu Tağıyev Yevlax rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.



Fikrini bildir