SON XƏBƏRLƏR
İlham Əliyev yaşlı məmurlara qarşı kampaniya aparılmasına yol verməyəcəyini dedi

Yazının dərc olunma Tarixi: 31/10/2019

Prezident İlham Əliyev yaşı 70-dən yuxarı olan məmurları istefaya çağırmasından sonra ölkədə yaşlı məmurlara qarşı kampaniya başladığını bildirib. Dövlət başçısı deyib ki, bu kampaniyaya imkan verə bilməz.
İlham Əliyev yaşlı məmurlara qarşı kampaniya aparılmasına yol verməyəcəyini dedi
İlham Əliyev bu haqda Xaçmaz və Yevlax rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçıları ilə görüşündə danışıb. Prezidentin çıxışından sitat: "Siz gəncsiniz, birinizin 37, digərinizin 38 yaşı var. İndi Azərbaycanda gəncləşmə siyasəti aparılır. Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Bu, təbii prosesdir və biz bu prosesdən kənarda qala bilmərik. Ancaq onu da bildirməliyəm ki, bu, kampaniya xarakteri almamalıdır. Çünki mənə məlumat gəlir ki, bəziləri bunu kampaniyaya çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu kampaniyanı təşkil etmək istəyirlər. Mən buna yol verməyəcəyəm. Mən bilirəm kim nəyə qadirdir, kimin hansı xidmətləri olub əvvəlki dövrdə və bu gün. Ona görə Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilərik. Bir də ki, yaşlı nəsil öz təcrübəsini bölüşməlidir.

Ona görə hər kəs bilsin ki, mən bu kampaniyaya yol verə bilmərəm. Müəyyən dərəcədə xidmət göstərmiş insanlar, əlbəttə ki, dövlət tərəfindən də qiymətləndirilir və biz kampaniyaya yol verməyəcəyik. Eyni zamanda, təbii ki, gəncləşmə prosesi getməlidir və burada söhbət təkcə yaşda deyil, təfəkkürdədir, işə yanaşmadadır”.



Fikrini bildir