SON XƏBƏRLƏR
Birinci vitse-prezident Azərbaycan xalqını təbrik edib

Yazının dərc olunma Tarixi: 12/11/2019

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində 12 noyabr – Konstitusiya Günü münasibətilə xalqı təbrik edib.

Birinci vitse-prezident Azərbaycan xalqını təbrik edib Birinci vitse-prezidentin paylaşımında deyilir:

“Əziz həmvətənlər!

Sizi Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun, ölkəmizdə daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün!”



Fikrini bildir